Seçkidə dava, polis müdaxilə etdi...

Seçkidə dava, polis müdaxilə etdi...

Hazırda oxunan: Seçkidə dava, polis müdaxilə etdi...

103715
Türkiyədə seçki prosesi zamanı AKP tərəfdarları ilə HDP-lilər arasında dava düşüb. Polis hadisəyə müdaxilə edib.
 
Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Kocaelidə Piri Rəis məhəlləsində baş verib. 80 yaşlı qadına səsvermə prosesində kömək etmək istəyən yaxınları ilə seçki müşahidəçiləri arasında dava düşüb. İddialara görə, AKP-nin müşahidəçisi yaşlı qadının seçki qutusuna atmaq istədiyi zərfi cırıb. Mübahisə böyüyüb və AKP-lilərlə HDP-lilərin davasına çevrilib. Hadisə yerinə polis çağırılıb. Polis bibər qazından istifadə edib, davanı sakitləşdirib. Hadisə ilə bağlı araşdırma başlayıb.

Keçmiş Avropa Birliyi (AB) naziri Əli Heydər Konca açıqlamasında iki tərəf arasında gərginlik yaşanmasının böyüdüləcək hadisə olmadığını deyib.
 
“Seçki qutularına yaxın yerdə mübahisə yaşanıb. 4-5 nəfər yaralanıb, ciddi bir şey deyil”x9d,- deyə açıqlamasında bildirib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO