Bakı metrosunun qış hərəkət qrafikində DƏYİŞİKLİK OLUNDU 

Bakı metrosunun qış hərəkət qrafikində DƏYİŞİKLİK OLUNDU 

Hazırda oxunan: Bakı metrosunun qış hərəkət qrafikində DƏYİŞİKLİK OLUNDU 

94003

“Bakı Metropoliteni” QSC-nin qış hərəkət qrafikində dəyişiklik edilib və sərnişin sıxlığı nəzərə alınaraq pik saatların vaxtı gün ərzində 2 saat artırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib: 

“Əvvəlcədən sıxlıq yaranacağı təqdirdə, nəzərdə tutulmuş ehtiyat tədbirləri çərçivəsində səhər və axşam saatlarında pik saatların həcmi müvafiq olaraq 1 saat artırlıdı.

İlk olaraq səhərlər pik saatlar 07:30-09:30 arası, axşam vaxtı isə 17:30-19:30 müəyyən edilmişdi. Amma ötən gün aparılmış monitorinqlər nəticəsində sərnişin sıxlığını nəzərə alınaraq bu vaxtlar müvafiq olaraq 07:00-10:00 arası, 17:00-20:00 arasına dəyişdirilib. 
Mütəmadi olaraq monitorinqləri davam etdiririk. Sərnişin sıxlığı azalarsa yenidən əvvəlki qaydada sərnişin daşınması həyata keçiriləcək”. 

Qeyd edək ki, qış qrafikinə görə, qatarlar arasındakı interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda 2,5 dəqiqə müəyyən olunub. Gecə saatlarında isə interval 3 dəqiqəyə qədər artırıla bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO