"Ceyhun Əsgərov müalicədən imtina edir" - TƏBİB-dən AÇIQLAMA  

Hazırda oxunan: "Ceyhun Əsgərov müalicədən imtina edir" - TƏBİB-dən AÇIQLAMA  

92980

“Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinin nəzarətindədir. Onun Mərdəkan ərazisində yaşadığı ünvana təcili və təxirəsalınmaz tibbi yardım briqadası göndərilib”.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova deyib.  

O bildirib ki, hazırda tibbi briqada onun evindədir və yardım göstərməyə çalışırlar:  
 

MÖVZU İLƏ BAĞLI:

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu: “Bir saata həyatdan gedəcəm” – FOTO


"Lakin Ceyhun Əsgərov yardımdan imtina edir. Hazırda biz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş direktoru ilə danışıqlar aparırıq. Hüquq-mühafizə orqanlarının müşayiəti ilə psixoloji yardım briqadasının evinə göndərilməsi və onun dispanser nəzarətində yatırılmasının təmin edilməsinə çalışırıq.

Çünki Ceyhun Əsgərovun intensiv həkim nəzarəti altında müalicə almasına ehtiyac var. Səhiyyə Nazirliyi ilə birgə onun xəstəxanaya yerləşdirilməsinə bir neçə dəfə cəhd etmişik. Müəyyən müddət müalicə alıb, amma kursu davam etdirmədiyi üçün yenidən bu vəziyyətlə qarşılaşır".

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO