
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 29.08.2022
1 dəq oxunma
Yazıçılar Birliyinin qurultayı TƏXİRƏ SALINDI – Özəl AÇIQLAMA
Hazırda oxunan: Yazıçılar Birliyinin qurultayı TƏXİRƏ SALINDI – Özəl AÇIQLAMA
90940
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Sentyabrın 30-na planlaşdırılan Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının vaxtı dəyişdirilib.
Bu barədə Bizim.Media-ya AYB-nin mətbuat katibi Xəyal Rza bildirib. Onun özlərinə görə qurultayın vaxtı oktyabrın 5-nə təyin olunub:
“Sentyabrın 30-da Milli Məclisin iclası olacaq. Qurultaya Yazıçılar Birliyinin üzvü olan millət vəkillərini də dəvət edəcəyimizdən vaxtı dəyişmişik”.
Xəyal Rza onu da əlavə edib ki, hələki AYB-nin sədr postuna yeni seçkidə iştirak üçün Anar Rzayevdən başqa namizədliyini irəli sürənlər yoxdur.
Qeyd edək ki, bəzi mülahizələrə görə Yazıçılar Birliyinin başına daha gənc rəhbər seçiləcək. Qurultay Bakıda keçiriləcək.
Alçina Amilqızı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün



































































































