Azərbaycan manatının 23 yaşı oldu  - FOTOLAR

Azərbaycan manatının 23 yaşı oldu - FOTOLAR

Hazırda oxunan: Azərbaycan manatının 23 yaşı oldu - FOTOLAR

90756
Moderator.az xəbər verir ki, milli pul vahidi olan manat 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. 

İlk mərhələdə 1, 10 və 250 manatlıq əskinaslar, noyabrda isə 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq kağız əskinaslar dövriyyəyə buraxıldı. 

Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdi.

Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO