Mübariz Qurbanlı aparat rəhbərini işdən çıxardı  - FOTO

Mübariz Qurbanlı aparat rəhbərini işdən çıxardı - FOTO

Hazırda oxunan: Mübariz Qurbanlı aparat rəhbərini işdən çıxardı - FOTO

88842
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni kadr təyinatı olub. Report-un xəbərinə görə, Oqtay Hüseynov Aparat rəhbəri vəzifəsindən çıxarılıb. Onun yerinə isə Alim Süleymanov təyin edilib. Alim Əli oğlu Süleymanov bu təyinata qədər DQİDK-də Ümumi şöbənin müdiri vəzifəsində çalışıb. xa0 Qeyd edək ki, A.Süleymanov 22 sentyar 1955-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1977-1983-cü illərdə təyinatla Zəngilan rayonu Mincivan qəsəbə səkkizillik məktəbində tarix müəllimi işləyib. 1983-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant, kabinet müdiri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, baş müəllim vəzifəsində çalışıb, Universitet Elmi Şurasının üzvü olub. 1986-1990-cı illərdə BDU-da aspiranturada qiyabi təhsil alıb. 1997-2000-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutu “Humanitar fənlər”x9d kafedrasında, 2000-2014-cü illərdə ADİU-nun “Azərbaycan tarixi “ kafedrasında baş müəllim işləyib. 2014-cü ilin sentyabr ayından 2015-ci ilin iyul ayınadək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb. Ailəlidir, iki övladı var.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO