"Azercell"dən Moderator.az - a aşağıdakı məzmunda etiraz məktubu daxil olub. Məktubda şirkətin Korporativ Ünsiyyət Şöbəsinin rəhbəri Nigar Şıxlinskaya bildirir ki, saytda həqiqəti əks etdirməyən material gedib. Bəri başdan hörmətli xanımın diqqətinə ərz edirik ki, həmin yazı başqa saytdan istinadla verilib və xəbərin doğruluğuna biz yox, ilk mənbə məsuliyyət daşıyır. Ancaq bununla bərabər həmin şirkətlə əməkdaşlıqda maraqlı olduğumuzu nəzərə alaraq əslində bizə dəxli olmayan etiraz məktubunu olduğu kimi yerləşdiririk:
Etiraza səbəb olan yazı bu linkdə---moderator.az/index.php?xeber=87698
"Hörmətli baş redaktor,
“Moderator.az”x9dsaytında 27.07.2015-ci il tarixində “Azercell”x9d prezidentinin olduğu restoranda yanğın baş verib”x9d başlıqlı məqalə dərc edilib. Məqalədə “Azercell Telekom”x9d MMC-nin rəhbərliyi ilə 27 iyul tarixində ölkənin aparıcı media rəhbərləri ilə görüşdən bəhs olunub. Təəssüf hissi ilə bildiririk ki, məqalədə həqiqətəuyğun olmayan məqamlar yer alıb. Tədbirdə çıxış edən şəxslərin fikir və ifadələri ciddi şəkildə təhrif olunub. “Azercell Telekom”x9d MMC-nin prezidenti Vahid Mürsəliyevin baş redaktorlardan birinin rominqlə bağlı bildirdiyi mülahizələri və öz növbəsində prezidentin cavabi məqalədə düzgün şəkildə qeyd olunmayıb: “Tədbirdə qeyd olunub ki, son vaxtlar “Azercell”x9din ölkə KİV-ləri ilə əlaqələri zəifləyib. Həmçinin, “Azercell”x9din bəzi nömrələrə artıq borc yazması hallarının müşahidə olunduğu vurğulanıb, bu halın KİVDF-yə qarşı da baş verdiyi bildirilib. Belə ki, KİVDF-yə məxsus “Azercell”x9d nömrələrinə iki ay 250 manat (ümumilikdə 500 manat) artıq borc yazılıb. “Azercell”x9d rəhbərliyi isə bütün neqativ hallara son qoyulacağına söz verib”x9d. Diqqətinizə çatdırırıq ki, “Azercell Telekom”x9d MMC-nin prezidenti Vahid Mürsəliyev “Abunəçilər telefonda mobil datanı söndürmədiklərindən əsasən rominqdə bu cür hallar baş verir”x9d kimi cavab verib. Belə ki, Data (Mobil İnternet) xidmətindən istifadəni cihazın menyusu vasitəsi ilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür. “Azercell Telekom”x9d MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi ilə bağlı öhdəlik götürülməmişdir. Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin, rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir. Abunəçilər “Azercell Telekom”x9d MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər, keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Göstərilənlərlə yanaşı bildiririk ki, fəaliyyətə başladığı gündən “Azercell Telekom”x9d MMC ilə KİV arasında da çox sıx əməkdaşlıq mövcuddur. Bu cür yoxlanılmamış, həqiqətdən uzaq ifadələrdən yararlanmaqla oxucuların çaşdırılmasına səbəb ola biləcək, ictimaiyyətdə mənfi rəy formalaşdıran məlumat kimi təqdim edilməsi bizdə təəssüf doğurur.
Bütün bu göstərilənləri nəzərə alaraq müvafiq məqalədə əks olunmuş yoxlanılmamış və heç bir əsası olmayan məlumatlara görə təkzib verilməsini, həmçinin yuxarıda qeyd edilənləri “Azercell Telekom”x9d MMC-nin mövqeyi kimi qəbul edib, onu olduğu kimi saytınızda yerləşdirməyi və gələcəkdə “Azercell Telekom”x9d MMC-nin adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik.
“Azercell Telekom”x9d MMC
Korporativ Ünsiyyət
Şöbəsinin rəhbəri Nigar Şıxlinskaya"










































































































