“Parabank”x9dda Vergilər Nazirliyi və Mərkəzi Bank böyük yoxlamalara başlayıb.
Moderator.az aznews.az-a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtalaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb. Bildirilir ki, nöqsanlar o həddədir ki, bankın fəaliyyəti hər an dayandırıla bilər.
Araşdırmalara “Kia Motors Az”x9d MMC-nin dövlətdən gizlətdiyi 40 milyon manatı “Parabank”x9dın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlamasının aşkarlanmasından sonra start verilib.
Elə buna görə də “Parabank”x9d rəhbərliyi ilə “Kia Motors Az”x9d MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun dostluq münasibətləri düşmənçilik həddinə çatıb.
Qeyd edək ki, “Parabank”x9dın Nəsimi filialana “Kia Motors Az”x9d MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun oğlu Əşrəf Səfərov rəhbərlik edir.
Saytımızda daha öncə “Kia Motors Az”x9d-ın dövlətdən 40 milyona yaxın pul gizlətdiyi və pulları “Parabank”x9dın “Nəsimi”x9d filialında qeyri-qanuni şəkildə saxladığı, həmçinin bununla bağlı bir çox cinayət hadisələrinin törədilməsi, eləcə də bir nəfərin müəmmalı şəkildə ölümü ilə bağlı məlumatlar verilmişdi.
Məlumatlarda bildirilirdi ki, “Parabank”x9dda “Kia Motors Az”x9d MMC-nin hesabatlarında yer almayan vəsaitləri saxlanılır. Həmin pullardan pul köçürmələrində istifadə olunub, tanış adamlara iri məbləğdə kredit kimi verilərək dövriyyəyə buraxılıb. Yəni bu pul, eləcə də ondan əldə edilən gəlirlər dövlətdən gizlədilib. S.Səfərovun bankdakı etibarlı şəxsi Fərhad Abbasov isə həmin məbləğin 1 milyon manata yaxınını gizli yolla götürərək xərcləyib və 2012-ci ilin yayında müəmmalı şəkildə ölüb.
Məhz bu müəmmalı ölümdən sonra 40 milyonluq dələduzluq ifşa olunub, "Kia Motors Az”x9d MMC-də cinayət işi başladılıb, onun rəhbəri Səxavət Səfərovun digər obyekt və müəssisələrində isə ciddi yoxlamalara start verilib.






































































































