"Sığınacaqda az qala bilirsən. Qalmaq üçün 6 ay vaxt verilir. 3 ilə yaxındır orada qalıram və mənə çox hörmət edilib. İndi küçədə qalıram".
Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov "Elgizlə izlə" proqramında deyib.
Çingiz Aslanov spirtli içki içdiyini də etiraf edib. O bildirib ki, atasından qalan evini satıblar:
"Qardaşımla evi satdıq ki, biznes quraq. Amma alınmadı. Meyvə işi ilə məşğul olurdum, kirayədə qalırdım. Qardaşım Moskvadadır. Ailə qurdum, ayrıldıq''.
''Qızım xaricdə yaşayır. Məndən onu gizlədirlər. Ailəlidir. Fərsiz ata olmuşam. "Bizimləsən" proqramında qızı tapdılar, deyib, atamı görmək istəyirəm. Amma telefonum olmadığı üçün məni tapmadılar"- deyə xalq artisinin oğlu əlavə edib.
Bizim.Media