Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Samir Cəfərovun “Azərbaycan Polad İstehsalı Kompleksi”x9d Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, sərəncama əsasən Samir Dönməz oğlu Cəfərov “Azərbaycan Polad İstehsalı Kompleksi”x9d Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
Birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Q.V.Komaneskunun Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərində fəxri konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Qabriel Valentin Komanesku Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərində fəxri konsulu vəzifəsindən geri çağırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə”x9d Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”x9d Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.
Fərman əsasən “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə”x9d Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, â„– 4, maddə 301; 2006, â„– 2, maddə 91, â„– 5, maddə 397; 2007, â„– 2, maddə 87; 2008, â„– 6, maddə 488, â„– 11, maddə 970; 2009, â„– 10, maddə 779, â„– 12, maddə 983; 2011, â„– 2, maddə 85; 2014, â„– 6, maddə 638; 2015, â„– 2, maddə 132) aşağıdakı dəyişikliklər edilib:
1.1. adından və preambuladan “dövlət agentliyi və”x9d sözləri çıxarılsın;
1.2. 3-cü hissədə “Dövlət Baytarlıq Xidməti”x9d sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti”x9d sözləri ilə əvəz edilsin;
1.3. 5-ci hissə ləğv edilsin;
1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”x9d üzrə:
1.4.1. 3-cü və 5-ci hissələr ləğv edilsin;
1.4.2. 10.13-cü bənddə “yanında fəaliyyət göstərən qurumların (Agentlik, Xidmət və s.)”x9d sözləri “sisteminə daxil olan qurumların”x9d sözləri ilə əvəz edilsin;
1.4.3. 11.6-cı və 11.7-ci bəndlərdə “Nazirlik yanında yaradılan Dövlət Agentliyi və Dövlət Xidmətləri, habelə Nazirliyin bilavasitə tabeliyində olan qurumlar”x9d sözləri “Nazirliyin sisteminə daxil olan qurumlar”x9d sözləri ilə əvəz edilsin;
1.4.4. 11.47-ci bənddə “göstərilməsinə kömək edir”x9d sözləri “göstərilməsini təşkil edir”x9d sözləri ilə əvəz edilsin;
1.4.5. 12.6-cı bənddə “Nazirlik yanında olan Dövlət Agentliyinə və Dövlət Xidmətlərinə, Nazirliyin sisteminə daxil olan müəssisə, idarə və təşkilatlara”x9d sözləri “Nazirliyin sisteminə daxil olan qurumlara”x9d sözləri ilə əvəz edilsin;
1.4.6. 16-cı hissə aşağıdakı redaksiyada verilsin:
“16. Nazirliyin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sairə) Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Nazirlik həmin qurumların fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə nəzarət edir.”x9d;
1.4.7. 17-ci hissədə “yanında olan dövlət agentliyi və xidmətləri”x9d sözləri “strukturuna daxil olan qurumlar”x9d sözləri ilə əvəz edilsin;
1.4.8. 18.4-cü bənddə “Nazirlik yanında olan dövlət agentliyinin və xidmətlərinin”x9d sözləri “strukturuna daxil olan qurumların”x9d sözləri ilə əvəz edilsin;
1.4.9. 18.5-ci bənddə “və bilavasitə tabeliyində olan qurumlarının”x9d sözləri “, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və onların struktur bölmələrinin”x9d sözləri ilə əvəz edilsin;
1.4.10. 18.6-cı bənddə “və yerli orqanlarının rəhbərlərini, nomenklatura uyğun olaraq Nazirlik sisteminə daxil olan müəssisə, idarə və təşkilatların”x9d sözləri “strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların”x9d sözləri ilə əvəz edilsin;
1.4.11. 18.8-ci bənddə “və yerli orqanlarının, habelə səlahiyyətləri daxilində Nazirlik yanında olan agentliyin və xidmətlərin”x9d sözləri “, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların”x9d sözləri ilə əvəz edilsin;
1.4.12. 19-cu hissədə “yanında olan dövlət agentliyinin və xidmətlərinin,”x9d sözləri “strukturuna daxil olan qurumların”x9d sözləri ilə əvəz edilsin;
1.5. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamə”x9d üzrə:
1.5.1. adında və 1-ci hissədə “Dövlət Baytarlıq Xidməti”x9d sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti”x9d sözləri ilə əvəz edilsin;
1.5.2. 11-ci hissəyə “Baytarlıq”x9d sözündən sonra “Nəzarəti”x9d sözü əlavə edilsin.
2. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”x9d Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, â„– 6, maddə 377; 2000, â„– 7, maddə 503; 2003, â„– 10, maddə 585) ləğv edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi haqqında da fərman imzalayıb.





































































































