"Mən evdə belə qəhrəman böyütdüyümü bilmirdim" - Polkovnik İlqar Mirzəyevin anasından təsirli ÇIXIŞ

Hazırda oxunan: "Mən evdə belə qəhrəman böyütdüyümü bilmirdim" - Polkovnik İlqar Mirzəyevin anasından təsirli ÇIXIŞ

83651

"Mən bu gün həm kədərlənirəm, həm də sevinirəm. Sevinirəm ki, onların qanı yerdə qalmadı. Müzəffər Ordumuz torpaqları düşmən tapdağından azad edərək onların ruhunu şad etdi". 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin anası Gülnarə Mirzəyeva anım tədbirində çıxışı zamanı səsləndirib.  

Şəhid anası hər zaman oğlu ilə fəxr etdiyini qeyd edərək, bütün şəhid analarına səslənib.
 

MÖVZU İLƏ BAĞLI:

Polad Həşimovla İlqar Mirzəyevin şəhid olmasından 2 il ötür - FOTOREPORTAJ


"Vaxtından əvvəl o, mayor rütbəsi alanda mən öz adımı general anası qoydum. Sevincimdən göylərdə uçurdum. Balam indi ondan da yüksək zirvələrə qalxdı. Əziz şəhid anaları, baxmayaraq ki, bizim qəlbimizdə sağalmaz yaramız var, amma başımızı dik tutmalıyıq. Çünki bizə şəhid anası adını bəxş ediblər. Bundan uca, müqəddəs ad ola bilməz" , - deyə qeyd edən G.Mirzəyeva tək onların deyil, bütün Azərbaycan xalqının Milli Qəhrəmanlarımızla fəxr etdiyini qürurla bildirib.

Səkinə Yusibli, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO