Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, hadisə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Yevlaxın Aran qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb. “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində Naftalan Kurortun baş həkimi və Mingəçevir Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin həkimi olan Anar Gümayev yaralanaraq xəstəxanaya yerləşdirilib.
O, həm də hərbiçi həkim kimi Zəfər yürüşünün iştirakçısı olub. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:43 / 13.07.2022
Yevlaxda idarəetmədən çıxan maşın aşdı – Xəsarət alan var
Hazırda oxunan: Yevlaxda idarəetmədən çıxan maşın aşdı – Xəsarət alan var
Hazırda oxunan: Yevlaxda idarəetmədən çıxan maşın aşdı – Xəsarət alan var
83576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.