Qurban kəsərkən bu qaydalara diqqət yetirilməlidir – İlahiyyatçıdan AÇIQLAMA

Qurban kəsərkən bu qaydalara diqqət yetirilməlidir – İlahiyyatçıdan AÇIQLAMA

Hazırda oxunan: Qurban kəsərkən bu qaydalara diqqət yetirilməlidir – İlahiyyatçıdan AÇIQLAMA

82564

Azərbaycanda iyulun 9-10-u Qurban bayramı kimi qeyd olunacaq. Bu bayram Hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündə başlayır və 3 gün davam edir.

Bəs, bu bayramda hansı qaydalara xüsusilə diqqət yetirmək lazımdır? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan qeyd edib ki, Qurban bayramı İslam dinində iki böyük bayramın biridir:

“Vacib ibadətlərdən biri kimi qurban imkanı olanlara aiddir. Dəvə, camış, keçi, qoyun, inək kimi heyvanlardan qurban kəsmək olar. Böyük heyvanları bir neçə müsəlman şərikli də kəsə bilər. Heyvanı kəsərkən bu məqamlara diqqət yetirmək vacibdir: qurban kəsən şəxs müsəlman olmalı, üzü qibləyə, Allahın adını çəkərək kəsməlidir. 

Kəsimdən sonra qurbanın içalatını yollara tökmək olmaz. Eyni zamanda borcla, kreditlə də qurban kəsmək olmaz. Yəni, sırf qurban üçün kredit, borc almaq olmaz. Yox, əgər əvvəllər hansısa işə görə kredit, borc alıbsa, o puldan götürüb qurban kəsilə bilər”.
 

MÖVZU İLƏ BAĞLI:

Qurban kəsimi bu tarixlərdə olacaq


Tural İrfan qeyd edib ki, Qurban bayramı günü iki rükət bayram namazı qılınır: 

“Bayram namazının camaatın iştirakı ilə məsciddə qılınması daha savabdır. Evdə tək də qılına bilər. Əsas odur ki, qurban ətlərini kasıblara, yetimlərə, imkanı olmayanlara paylayasan.
Bundan əlavə yeddi yerə qurban paylamaq da vacib deyil. Bu say qurbankəsənin istəyindən asılı olaraq dəyişə bilər, əsas odur öncə öz ailəsini, yaxınlarını nəzərə alsın. Yalnız bundan sonra kənar adamlarla paylaşsın”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO