Nazirlik qaydanı pozanları cərimələyir

Nazirlik qaydanı pozanları cərimələyir

Hazırda oxunan: Nazirlik qaydanı pozanları cərimələyir

81961
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları iyunun 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını araşdırıb.
 
Nazirlikdən  verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 142 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 63 müddətli “məcburi göstəriş”x9d verilib.
 
Ümumilikdə, 34 iş üzrə 61950 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 2 iş üzrə 546 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantılarınatılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 207 iş üzrə 39090.99 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 14, icra qurumlarına isə 15 iş göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO