Samuxda ƏMƏLİYYAT: Narkotik yetişdirən şəxs tutuldu

Samuxda ƏMƏLİYYAT: Narkotik yetişdirən şəxs tutuldu

Hazırda oxunan: Samuxda ƏMƏLİYYAT: Narkotik yetişdirən şəxs tutuldu

78733

Samuxda narkotik yetişdirən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zeynal Zeynalov saxlanılıb.

Onun rayon ərazisindəki meşəlikdə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs həmin bitkiləri dibçəkdə əkdikdən müəyyən müddət sonra sözü gedən əraziyə köçürdüyünü etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO