Bu rayonda qaz niyə yoxdur? – ŞİKAYƏT

Bu rayonda qaz niyə yoxdur? – ŞİKAYƏT

Hazırda oxunan: Bu rayonda qaz niyə yoxdur? – ŞİKAYƏT

7823

İki gündür Abşeron rayonunun Saray qəsəbəsi və Xırdalan Şəhərində qaz təchizatı dayandırılıb. 

Bu barədə Bizim-Media-ya şikayətlənən sakinlər qazın fasilələrlə verildiyini deyiblər:

“İsdədikləri vaxt qazı kəsirlər. Soyuq havalarda insanlara çətinə salmaq nəyə gərəkdir? Qocası, körpə uşağı, xəstəsi olanı var. İlin, günün bu vaxtı fasilələrlə qaz verilər?”-deyə sakinlər etiraz ediblər. 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov hər iki ərazidə qaz təchizatı ilə bağlı problem olmadığını deyib:

“Məsələni araşdırdıq. O ərazilərdə qazın verilişində hər hansı problem yoxdur. Bəzi hallarda bir xəttin özünün problemi yaranır. Bəlkə konkret hansısa abonentin özünün xəttində problem var? Yaxşı olar ki, qazı fasilələrlə gələn abonent üzləşdiyi problemlə bağlı “Azəriqaz” a müraciət etsin”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO