Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədlini də itirdik. Nəsir müəllimin vəfatı xəbəri bütün tələbələri kimi məni də çox kədərləndirdi.
1982-1987-illərdə bizə jurnalistika fakültəsində dərs deyən müəllimlərin içində Nəsir müəllimin xüsusi yeri vardı. Öz gücünə oxuyan tələbəni qiymətləndirən, onun arxasında duran, sadə və səmimi müəllim idi Nəsir müəllim.
Bizim 1012-ci qrup da Nəsir müəllimi çox istəyirdi. Onunla son görüşümüz 2018-ci il oktyabrın 25-də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində olub. Qrupumuz universiteti bitirməyimizin 30 illiyi münasibətilə fakültədə yığışmışdıq.
Bizə illər öncə dərs demiş müəllimlərdən Cahangir Məmmədli, Nəsir Əhmədli, Zaur Babayev görüşümüzdə iştirak edirdi.
Hamımızla mehriban görüşən Nəsir müəllim zarafatları və səmimiyyəti ilə bizi o illərə qaytarmışdı. Ondan sonra görməmişdim Nəsir müəllimi.
Bu gün ölüm xəbərini eşidəndən sonra qrup yoldaşlarım Gülzaman və Sevinclə Nəsir müəllimi xatırladıq, son görüşümüzdən danışdıq.
Həyat belədir. Gözəl və amansız. Yaranan bir gün həyatdan köçür, iz qoyaraq köç edir. Bizim Nəsir müəllim də çoxsaylı tələbələlərinin qəlbində gözəl iz buraxaraq həyatdan getdi.
Ruhu şad olsun. Onunla son görüşümüzdə çəkilən şəkillərdən ikisini Bizim.Media-ya təqdim edirəm.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:22 / 07.06.2022
Nəsir Əhmədlini xatırlarkən- FOTO
Hazırda oxunan: Nəsir Əhmədlini xatırlarkən- FOTO
Hazırda oxunan: Nəsir Əhmədlini xatırlarkən- FOTO
78104
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.