Türkiyə vətəndaşı Bakıda qanlı cinayət törətdi

Türkiyə vətəndaşı Bakıda qanlı cinayət törətdi

Hazırda oxunan: Türkiyə vətəndaşı Bakıda qanlı cinayət törətdi

7248

Yanvarın 2-də, saat 03 radələrində Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğunun məlumatında qeyd olunub.

Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, Türkiyə Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Ucrak Abdulhalim Sadik oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fidan Süleymanovaya xəsarətlər yetirərək öldürməyə cəhd etməsindən sonra özünə də bir neçə bıçaq xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilərək stasionar qaydada müalicə olunurlar. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO