“Qoyun ətinin adı var, özü yoxdur” - Kolbasa sexində kobud pozuntular

“Qoyun ətinin adı var, özü yoxdur” - Kolbasa sexində kobud pozuntular

Hazırda oxunan: “Qoyun ətinin adı var, özü yoxdur” - Kolbasa sexində kobud pozuntular
71857
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kolbasa və sosis məhsullarının istehsalı müəssisəsində bir sıra nöqsanlar aşkar olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 8A ünvanında fəaliyyət göstərən, “Al-Sana” MMC-yə məxsus kolbasa və sosis məhsullarının istehsalı müəssisəsində planlı yoxlama keçirilib.
Belə ki, xammalların saxlandığı soyuducu və dondurucu anbarın, dəhlizin döşəməsinin tamlığının pozulduğu, istehsal edilmiş məhsulların üzərindəki etiketlərdə kərə yağı və qoyun əti qeyd edilsə də, istehsal zamanı bitki və bitki spred yağından istifadə edildiyi məlum olub.

Eyni zamanda müəssisədə qoyun əti aşkar olunmayıb, qoyun ətinin alınmasını təsdiq edən sənədlər və minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlər təqdim olunmayıb. 

Müəssisənin hazır məhsul anbarına keçirilən baxış zamanı məhsulların müəyyən qisminin üzərində məhsulun istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi, bəzilərində isə taraların üzərində yazılmış tarixlə məhsulun üzərində qeyd edilmiş tarix arasında uyğunsuzluq müəyyən edilib. 

Müayinələrin aparılması üçün müəssisədə istehsal edilmiş bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş kolbasa məhsullarından və sosislərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. 

Müəssisədə istehsal olunan hazır məhsullardan götürülmüş sınaq nümunəsinin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO