Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılır

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılır

Hazırda oxunan: Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılır

70879

Aprelin 22-də Bakıda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimi keçiriləcək.

Bizim.media xəbər verir ki, yeni yaradılacaq Assosiasiyanın Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən işlərin təkmilləşdirilməsini və qarşılıqlı koordinasiyasını təşkil etməsi nəzərdə tutulur.

Assosiasiya 22 fevral 2022-ci il tarixində informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən mütəxəssislərin və təşkilatların vahid platforması olaraq təsis edilib.
Təsis yığıncağında Assosiasiyanın sədri vəzifəsində Rahid Ələkbərlinin və Baş Katib vəzifəsinə Bulu İsmayılovanın namizədliyi təsdiqlənib. 

Assosiasiya kibertəhlükəsizlik sahəsində innovativ layihələrin, texniki resurs və proqram təminatlarının hazırlanması, Azərbaycanın beynəlxalq reytinq və hesabatlarda mövqeyinin gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində mövcud təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi, gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillərin aparılması vəzifələrini icra edəcək.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimi aprelin 22-i “JW Marriot” otelində baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO