Səməndər Rzayevin qızı: “Əmilərimin biri də gəlib qapımızı açmadı”x9d

Səməndər Rzayevin qızı: “Əmilərimin biri də gəlib qapımızı açmadı”x9d

Hazırda oxunan: Səməndər Rzayevin qızı: “Əmilərimin biri də gəlib qapımızı açmadı”x9d

66911
Bu gün “Düzünü desək”x9d verilişi bir sıra maraqlı məqamlarla yadda qalıb.

Tabloid.az xəbər verir ki, verilişin ən yaddaqalan məqamlarından biri aktyor Səməndər Rzayevin qızının atası dünyasını dəyişəndən sonra başına gələnləri danışması olub. Aktyorun qızı Rzayeva Rübabə Səməndər qızı əmilərinin onları yada salmadıqlarından gileylənib.

“Atamın məşhurluğunu uşaqlıqdan görmüşük. Çox səmimi insan idi. Anam zarafatla həmişə deyərdi ki, mənim 3 uşağım var. Kiçiyi isə Səməndərdir. Tənhalığı sevməzdi. Sevərdi evimizə çoxlu adam gəlsin. Atam dünyasını dəyişəndə mənim 11, qardaşımın 10 yaşı var idi. O vaxt yoxluğunu elə də hiss etmirdim. Bunu yaşa dolduqca anlayırsan. O, dünyasını dəyişəndən mən böyüməmişəm. Atamı itirdiyim 11 yaşımda qalmışam. Səhər saat 5-dən gecəyə kimi evdə adam olurdu. Onun ölümü ilə evimizin suyu qurudu. Evimizə gələn olmadı. Bu ağrını daha çox qardaşım hiss etdi. Atamın qohumları, əmilərimin biri də gəlib qapımızı açmadı. Zəng edirdim ki, əmi gəl də bizə, darıxıram. Deyirdi ki, yox, mən Səməndər yoxdur deyə gələ bilmirəm. Bizi meydanda tək qoydular. Mənim atam heç vaxt belə etməzdi. Biz böyüyəndən sonra gəldilər. Artıq onda da bizim onlara ehtiyacımız yox idi”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO