Cənab Prezidentin diqqət və qayğısı nəticəsində Gəncə şəhərində əldə olunan nailiyyətlərdən biri də bu yaxınlarda Gəncənin qəhrəmanlıq rəmzi olan Cavad Xanın heykəlinin ucaldılması olacaqdır.
Moderator.az xəbər verir ki, 2014-cü ildə şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə məsələ müzakirəyə çıxarılıb. Gəncə şəhərinin Şəmkir istiqamətindən girişində heykəl üçün müvafiq yer ayrılıb və abidənin layihəsi artıq təsdiqlənib.
Son zamanlar mətbuatda gedən Cavan xana heykəl qoyulması ilə bağlı müraciət - bəzi özlərini ictimaiyyətə sıramaq istəyən işbazların, milliyəti məlum olmayan mənfurların qərəzli və sifarişli yazıları gəncəlilərin etirazına səbəb olur. “Arxadan atılan daş”x9d misalını diqqətə çatdıraraq ucuz piar qazanmaq istəyən üzdəniraqların Gəncədə aparılan abadlıq və yenidənqurma işlərinə kölgə sala bilməyəcəklərinə bir daha əminik. Gəncəlilər tarixi şəxsiyyət olan Cavad Xanın xatirəsini daim əziz tuturlar.





































































































