"Atlant"ın rəhbəri Tahir Qədəşov vəfat etdi

"Atlant"ın rəhbəri Tahir Qədəşov vəfat etdi

Hazırda oxunan: "Atlant"ın rəhbəri Tahir Qədəşov vəfat etdi
0:00 / 0:00
648705
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq.
 

Qeyd edək ki, onun kürəkəni, “Təbriz” MTK-nın rəhbəri və “Atlant” istirahət mərkəzinin şəriklərindən biri olan Nofəl Hacıyev noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Məhkəmə qərarı ilə “Atlant” Ailəvi İstirahət Mərkəzi də müsadirə olunub.

İttihama əsasən, Nofəl Hacıyev 2018–2022-ci illərdə “Təbriz” MTK-nın tikilməkdə olan binalarındakı mənzilləri bir neçə şəxsə sataraq 171 vətəndaşın 14 milyon manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

İstintaq materiallarına görə, həmin vəsait “Atlant” istirahət mərkəzinin təmir-tikinti işlərinə yönəldilib.

Məhkəmənin qərarına əsasən, kompleks hərrac yolu ilə satılacaq, əldə olunan vəsait isə zərərçəkmiş vətəndaşlara dəymiş ziyanın ödənilməsinə yönəldiləcək.

İş üzrə digər təqsirləndirilən şəxs, “Təbriz” MTK-nın icraçı direktoru Talış Məhəmmədova isə şərti cəza verilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO