Türkiyədə süni intellekt sistemi yaradılır – KİV-də qanun pozuntularını aşkarlayacaq

Türkiyədə süni intellekt sistemi yaradılır – KİV-də qanun pozuntularını aşkarlayacaq

Hazırda oxunan: Türkiyədə süni intellekt sistemi yaradılır – KİV-də qanun pozuntularını aşkarlayacaq
646822
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə audio və video məzmunlarda qanun pozuntularını süni intellekt vasitəsilə aşkarlayacaq Via+ monitorinq sisteminin yaradılması başa çatmaq üzrədir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) rəhbəri Mehmet Daniş TRT Haber-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sistemin hazırlanması 90 faiz tamamlanıb və hazırda sınaqdan keçirilir.

“Bizim müdafiə sahəsində polad qübbəmiz var, Via+ isə media sahəsində polad qübbəmiz olacaq”, – deyə Daniş bildirib.

Qeyd olunub ki, Via+ eyni vaxtda altı peyk vasitəsilə yayımlanan 800-dən çox televiziya kanalını və demək olar ki, bütün internet platformalarını izləyə biləcək.

Sistem gündə 19 200 saata qədər audio məzmunu təhlil etmək, 12 dildən tərcümə aparmaq və 300 milyondan çox video kadrı yoxlamaq imkanına malik olacaq. Qanun pozuntusu aşkarlandıqda avtomatik hesabat hazırlanaraq müvafiq mütəxəssisə göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO