Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - FOTO

Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - FOTO

Hazırda oxunan: Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - FOTO

640932

Quba-Xaçmaz yolunun Qubanın Zərdabi qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Bizim.Media xəbər verir ki, “Toyota Prado” markalı avtomobillə “VAZ-2106” markalı maşının toqquşması nəticəsində bir nəfər həyatını itirib. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub.

Həyatını itirən “VAZ-2106” markalı  avtomobilin sürücüsüdür. “Toyota Prado”nun sürücüsü və bir sərnişin isə xəsarət alaraq Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO