“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

Hazırda oxunan: “Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

640219

Bakının Nəsimi rayonu ərazisində vətəndaşların etibarından sui-istifadə edilərək pul vəsaitlərinin ələ keçirilməsi faktları qeydə alınıb.

Bizim.Media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən M.Ələkbərzadə müəyyən olunaraq saxlanılıb.
 

Araşdırmalarla müəyyən edilib ki, M.Ələkbərzadə müxtəlif vətəndaşlara övladlarının xaricdə təhsil almasına, digər təhsil müəssisələrinə transferinə və bu sahədə müxtəlif məsələlərin həllinə köməklik göstərəcəyini vəd edib.


O, bu məqsədlə vətəndaşlardan birindən 9000, digərindən isə 3000 manat alaraq verdiyi vədlərə əməl etməyib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO