“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

Hazırda oxunan: “Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

639813

“Euronews” telekanalı Bakı Təhlükəsizlik Forumundan reportaj hazırlayıb və tədbirdən eksklüziv kadrlar yayımlayıb.

Bizim.Media xəbər verir ki, reportajda Bakı Təhlükəsizlik Forumunun terrorizmlə mübarizə və daha geniş beynəlxalq əməkdaşlığı müzakirə etmək üçün müxtəlif ölkələrin təhlükəsizlik və kəşfiyyat rəsmilərini bir araya gətirdiyi qeyd olunub.

Bildirilib ki, zaman keçdikcə təhlükəsizlik təhdidləri milli sərhədləri aşır və bu da terrorizm, kiberhücumlar və digər çağırışlarla mübarizədə beynəlxalq əməkdaşlığı daha da vacib edir:

 

“Bakı Təhlükəsizlik Forumu daha sıx əməkdaşlığın bu təhdidlərlə necə mübarizə apara biləcəyini müzakirə etmək üçün müxtəlif ölkələrin təhlükəsizlik və kəşfiyyat rəsmilərini bir araya gətirdi. İştirakçılar terrorizmlə mübarizə, kibertəhlükələr və terror şəbəkələrinin texnologiyalardan necə istifadə etməsini və sərhədlərarası necə fəaliyyət göstərməsini müzakirə ediblər”.


Bununla yanaşı, reportajda Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyi, qarşılıqlı etimadı və əməkdaşlığı əsas prioritetlər kimi önə çəkdiyi vurğulanıb.

Qeyd edək ki, Bakı Təhlükəsizlik Forumu təhlükəsizlik və kəşfiyyat orqanlarının toplaşdığı ən böyük qlobal platformaya çevrilib.





 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO