Anar Eyvazovdan birgə hərbi təlimlə bağlı AÇIQLAMA

Anar Eyvazovdan birgə hərbi təlimlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Anar Eyvazovdan birgə hərbi təlimlə bağlı AÇIQLAMA
639747
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Birliyin Gücü - 2026" birgə hərbi təlimində 3500 nəfərdən çox şəxsi heyət iştirak edir".

Bizim.Media xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov "Birliyin Gücü - 2026" birgə hərbi təlimi ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ilk dəfə Azərbaycanda azad olunmuş ərazilərdə birgə genişmiqyaslı təlim keçirilir:

"Təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirakçı qismində çıxış edir. Eyni zamanda, 9 ölkə müşahidəçi qismindədir". "Təlimdə 3500-dən artıq şəxsi heyət, 130-dan artıq pilotsuz vasitə, 70-dən artıq zirehli texnika, 90-dan artıq artilleriya sistemi, 20-dən artıq aviasiya vasitəsi, 30-dan artıq REM/REK/RL sistemi, 10-dan çox HHM vasitəsi, 8 dəst mühəndis texnikası, 20-dən çox vahid dəniz vasitələri iştirak edir", - A.Eyvazov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO