Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Hazırda oxunan: Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

639599

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib.

Bu barədə Bizim.Media-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən yığıncaqda nazir Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
 

O, 4 il ərzində federasiyaya rəhbərlik etmiş Muxtar Babayevə fəaliyyətinə görə minnətdarlığını bildirib. M.Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü ifadə edib.


İclasın gündəliyi təsdiqləndikdən sonra Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin 2022-2026-cı illər ərzində gördüyü işlərə dair hesabat təqdim olunub, səsvermə ilə təsdiqlənib.

Daha sonra federasiyanın rəhbərliyinə seçki keçirilib. Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib.

Yığıncaqda çıxış edən A.Səmədzadə göstərilən etimada görə təşəkkürünü bildirib və alpinizmin inkişafı istiqamətində əlindən gələni edəcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO