Paytaxtda tozlu hava nə vaxtadək davam edəcək? – RƏSMİ AÇIQLAMA

Paytaxtda tozlu hava nə vaxtadək davam edəcək? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Paytaxtda tozlu hava nə vaxtadək davam edəcək? – RƏSMİ AÇIQLAMA

638021

Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı hazırda normadan 1.2-1.3 dəfə artıqdır.
 

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.


Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO