Bəzi məşhur səhər yeməyi məhsulları tərkibində yüksək miqdarda natrium, əlavə şəkər və emal olunmuş komponentlər olduğu üçün böyrəklərin sağlamlığına mənfi təsir göstərə bilər.
Bizim.Media xəbər verir ki, "EatingWell" nəşri böyrəklərin sağlamlığını qorumaq istəyənlərin səhər yeməyində ehtiyatlı yanaşmalı olduğu 5 məhsulu açıqlayıb.
1. Bekon və hinduşka kolbasası
Hinduşka kolbasası və bekon bəzən daha sağlam seçim hesab edilsə də, emal olunmuş bu məhsullar yüksək miqdarda natrium ehtiva edə bilər. Diyetoloq Melani Betsin sözlərinə görə, artıq natrium istehlakı böyrəklərə əlavə yük yarada və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
2. Protein kokteylləri və batonları
Əzələ kütləsini artırmaq və uzun müddət tox qalmaq üçün istifadə edilən protein məhsulları böyrək funksiyası zəif olan insanlar üçün uyğun olmaya bilər. Diyetoloq Lindsi Dyüşarm qeyd edib ki, böyrəklərin fəaliyyəti pozulduqda yüksək protein qəbulu arzuolunmaz nəticələrə səbəb ola bilər.
3. Hazır sendviçlər və xəmir məhsulları
Dondurulmuş və hazır səhər yeməyi sendviçlərinin tərkibində adətən emal olunmuş ət, pendir və müxtəlif souslar olur. Bu məhsulların birləşməsi isə yüksək miqdarda natriumla nəticələnə bilər.
4. Şəkərli smuzi-boullar və yoqurtlar
Kafelərdə satılan smuzi-boullar və qranolalı, dadlandırılmış yoqurtlar faydalı görünsə də, onların tərkibində əlavə şəkərin miqdarı yüksək ola bilər. Mütəxəssislər xüsusilə bu məhsulların etiketində şəkər miqdarına diqqət yetirməyi tövsiyə edirlər.
5. Şəkər əlavə edilmiş şirələr
Meyvə şirələri, xüsusilə əlavə şəkər olanlar, səhər yeməyində mütəmadi istifadə üçün yaxşı seçim olmaya bilər. Bütöv meyvələrdən fərqli olaraq, şirələrin əksəriyyətində lif ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Bu isə şəkərin daha sürətli mənimsənilməsinə və qanda qlükozanın kəskin artmasına səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, böyrək sağlamlığını qorumaq üçün səhər yeməyində daha az emal olunmuş, natrium və əlavə şəkər miqdarı aşağı olan məhsullara üstünlük vermək məqsədəuyğundur. (demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:35 / 21.09.2026
Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL
Hazırda oxunan: Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL
Hazırda oxunan: Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL
637934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































