Cəlilabaddakı ağır qəzada xəsarət alanların SON DURUMU

Cəlilabaddakı ağır qəzada xəsarət alanların SON DURUMU

Hazırda oxunan: Cəlilabaddakı ağır qəzada xəsarət alanların SON DURUMU
637408
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabaddakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb. 

Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-den bildirilib ki, Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər ( 2 qadın, 2 kişi) 18.09.2026-cı il tarixində saat 15:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yatdım şöbəsinə hospitalizasiya olunub. 

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. 

Müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxlərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
 

Qeyd edək ki, bu gün Cəlilabad şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. qəza “VAZ-21011” markalı avtomobilin yol üzərində dönmə manevri etdiyi vaxt baş verib. 


Bu zaman arxadan gələn “Mercedes” markalı avtomobil “VAZ-21011”ə çırpılıb. Toqquşmanın təsirindən “VAZ-21011” idarəetmədən çıxaraq əks istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə toqquşub.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO