Cəlilabad şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza “VAZ-21011” markalı avtomobilin yol üzərində dönmə manevri etdiyi vaxt baş verib.
Bu zaman arxadan gələn “Mercedes” markalı avtomobil “VAZ-21011”ə çırpılıb. Toqquşmanın təsirindən “VAZ-21011” idarəetmədən çıxaraq əks istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə toqquşub.
Hadisə zamanı 4 nəfər – 2010-cu il təvəllüdlü Mirzəzadə Fatimə, 1980-ci il təvəllüdlü Mirzəzadə Cəlal, 1979-cu il təvəllüdlü Quliyev Elçin və 2010-cu il təvəllüdlü Məmmədova Şəfa xəsarət alıb.
Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu
































































































