Sevgi və evliliyin ən yaxşı talismanları hesab olunan DAŞLAR

Sevgi və evliliyin ən yaxşı talismanları hesab olunan DAŞLAR

Hazırda oxunan: Sevgi və evliliyin ən yaxşı talismanları hesab olunan DAŞLAR

637298

Bu daşların sevgini tapmağa, nikahı qorumağa və nəzərdən müdafiə etməyə kömək etdiyinə inanılır.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, işiq insanlar çox vaxt inanclara meyilli olurlar: tapdıqları xoşbəxtliyi uzun müddət qorumaq, münasibətlərini nəzərdən və müxtəlif problemlərdən uzaq saxlamaq istəyirlər. Bəs hansı qiymətli və yarımqiymətli daşlar sevginin əsas talismanları hesab olunur və sahiblərinə ailə xoşbəxtliyi gətirdiyinə inanılır?

Yəşəm

Münasibətlərdə nəsə yolunda getmirsə, bu yarımqiymətli daşı gəzdirmək tövsiyə olunur. İnanca görə, yəşəm sarsılmış etimadı bərpa etməyə, münasibətlərdə harmoniyanı yenidən qurmağa və fikir ayrılıqlarını aradan qaldırmağa kömək edir.

Yəşəmin nəzərdən qoruduğuna və itkilərin qarşısını almağa yardım etdiyinə də inanılır. Əgər xüsusi bir insanla tanış olmusunuzsa və onunla münasibətinizi qorumaq istəyirsinizsə, yəşəm daşlı zinət əşyası seçə bilərsiniz.

Malaxit

Malaxitdən hazırlanmış zinət əşyalarının toy hədiyyəsi kimi verilməsi uyğun hesab olunur. İnanca görə, bu daş ailəli insanların əsas talismanlarından biridir. Malaxitin tərəflər arasında qarşılıqlı anlaşma yaratdığı, münasibətlərdə müsbət emosional mühiti qoruduğu və uğur gətirdiyi düşünülür.

Malaxitdən hazırlanmış cüt zinət əşyalarının taxılmasının da faydalı olduğuna inanılır. Deyilənə görə, bu, sevgililər arasındakı hissləri gücləndirə və aralarında xüsusi, hətta mistik bir bağ yarada bilər.

Qranat

Qranat həm artıq öz həyat yoldaşını tapanlar, həm də hələ sevgi axtarışında olanlar üçün uyğun daş hesab edilir. İnanca görə, subay insanlara uğur gətirir və doğru insanla qarşılaşmağa kömək edir. Artıq aşiq olanların isə hisslərini daha güclü və parlaq edə bilər.

Qranata aid edilən başqa bir xüsusiyyət də onun sevgililərə yönəlmiş pis düşüncə və hərəkətləri, məsələn, qısqanclıq və paxıllığı özünə çəkərək onları qorumasıdır.

Yaqut

Bu qiymətli daş uzun müddətdir birlikdə olan cütlüklər üçün uyğun hesab edilir. Yaqut yetkin və möhkəm sevginin simvolu sayılır. İnanca görə, münasibətlərinizdə hisslərin və ehtirasın ildən-ilə daha da güclənməsini istəyirsinizsə, yaqut daşlı zinət əşyası taxa bilərsiniz.

Daşın rənginə də zaman-zaman diqqət yetirmək tövsiyə olunur. İnanclara görə, yaqut rəngini dəyişirsə, bu, yaxınlaşan mübahisənin və hətta ayrılığın xəbərçisi ola bilər.

Akvamarin

Akvamarin sevgi və sədaqət daşı hesab olunur. O, saflığı simvolizə edir və enerjisinin münasibətləri sevginin ilk günlərində olduğu kimi səmimi və gözəl saxlamağa kömək etdiyinə inanılır. Münasibətlərdə dürüstlüyün, sədaqətin və qarşılıqlı etimadın itməməsi üçün akvamarin gəzdirmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO