Sabah Bakının üç rayonunda işıq olmayacaq

Sabah Bakının üç rayonunda işıq olmayacaq

Hazırda oxunan: Sabah Bakının üç rayonunda işıq olmayacaq

637285

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 18-də Xətai, Xəzər və Yasamal rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərişıq ASC-dən bildirilib.

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 14:00-dək 10/0.4 kV-luq Transformator Məntəqəsində (TM) görüləcək yenidənqurma işləri ilə əlaqədar Məhəmməd Hadi və Sarayevo küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
 

Xəzər RETSİ-nə daxil olan 6 kV-luq ikidövrəli bir sıra hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 14:00-dək Mərdəkan qəsəbəsi Almaz İldırım, Hacı Məmmədov, Məmməd Səid Ordubadi və Mirzə Ələkbər Sabir küçələrinin bir hissəsini əhatə edəcək.


Yasamal RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir işləri zamanı Abdulla Qarayev, Mirmövsüm Nəvvab, Nəriman Nərimanov və Zahid Xəlilov küçələrinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO