Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

Hazırda oxunan: Çindən gətirilən bəzi məhsullarda uyğunsuzluq aşkarlandı – SİYAHI – FOTO

632807

İdxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib:

"Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub".
 

Qeyd edilib ki, uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.


"Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb", - deyə məlumatda bildirilib.

Məhsullarda aşkarlanmış uyğunsuzluqlar aşağıdakılardır:






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO