UNEC-də də təhsil haqları azaldıldı – RƏSMİ

UNEC-də də təhsil haqları azaldıldı – RƏSMİ

Hazırda oxunan: UNEC-də də təhsil haqları azaldıldı – RƏSMİ
630519
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bəzi ixtisaslar üzrə təhsil haqları azalıb”.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elnarə Məmmədova bildirib.

"2026/2027-ci tədris ili üçün UNEC-də təhsil haqlarının ümumi artırılması nəzərdə tutulmayıb. Əksinə, bəzi ixtisaslar üzrə təhsil haqları aşağı salınıb.

Belə ki, UNEC Biznes Məktəbinin MBA proqramı üzrə “Biznesdə süni intellekt” və “Blokçeyn texnologiyalarının idarə edilməsi” ixtisaslarında illik təhsil haqqı 5000 manatdan 4500 manata endirilib".

Mövzuyla bağlı digər bir neçə universitetə də sorğu ünvanladıq. Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universitetindən bildirilib ki, universitetlərin təhsilhaqlarında heç bir dəyişiklik yoxdur.

Xatırladaq ki, Azərbaycan Tibb Universitetində 2025/2026-cı tədris ilində bəzi ixtisaslar üzrə illik təhsil haqları 1500 manat azalıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO