Astarada ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “bibər” yükündə marixuana aşkarlandı –FOTO/VİDEO

Astarada ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “bibər” yükündə marixuana aşkarlandı –FOTO/VİDEO

Hazırda oxunan: Astarada ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “bibər” yükündə marixuana aşkarlandı –FOTO/VİDEO

630495

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bizim.Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO