Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Hazırda oxunan: Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

625730

Mütəxəssislər mühüm sənədlərin, xüsusilə də pasportun şəkillərinin telefonda saxlanılmasının ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər.

Bizim.Media Milli.az-a istinadla xəbər verir ki, hüquqşünas Anton Klyuçkonun sözlərinə görə, belə məlumatlar dələduzların əlinə keçərsə, onlar süni intellektdən istifadə edərək saxta şəxsiyyət təsdiqi yarada və zərərçəkənin xəbəri olmadan onun adına onlayn kredit rəsmiləşdirə bilərlər.
 

Ekspert bildirir ki, telefonun oğurlanması, messencer hesablarının sındırılması və ya bulud yaddaşına icazəsiz giriş nəticəsində pasport şəkilləri üçüncü şəxslərin əlinə keçə bilər. Bu isə maliyyə fırıldaqları riskini artırır. Belə hallarda zərərçəkən şəxsin adına borclar yarana, kredit tarixçəsi zədələnə bilər.


Hüquqşünas tövsiyə edir ki, belə bir vəziyyətlə qarşılaşan şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət etsin, kredit təşkilatından müqavilənin etibarsız sayılmasını tələb etsin, nəticə əldə olunmadıqda isə məsələni məhkəmə qaydasında həll etsinlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO