İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) aksizli məhsulların dövriyyəsinə nəzarət çərçivəsində Mingəçevirdə qeydiyyatsız pivə istehsalı faktı aşkar edib.
Bizim.Media bu barədə DVX-ya istinadən xəbər verir.
DVX-nin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin apardığı təhlil və monitorinqlər nəticəsində Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 1 ünvanında yerləşən istehsal obyektində rəsmi uçotdan kənar pivə istehsal edilməsi və məhsulun qeyri-rəsmi dövriyyəyə çıxarılması ilə bağlı şübhələr yaranıb.
Təyin olunmuş operativ nəzarət tədbiri zamanı həmin ünvanda fəaliyyət göstərən fərdi sahibkar Xəyyam Tağıyevin təsərrüfat subyektini vergi orqanlarında uçota almadan fəaliyyət göstərdiyi müəyyən olunub.
Yoxlama zamanı istehsal sahəsində və müxtəlif anbarlarda ümumilikdə 198 min litr hazır pivə məhsulu, qablaşdırma üçün nəzərdə tutulmuş çoxsaylı çəlləklər, həmçinin mənşəyini təsdiq edən sənədləri olmayan 14 ton arpa səmənisi, 300 kiloqram pivə mayası və 2 tondan çox digər istehsal xammalı aşkar edilib.
DVX-nin məlumatına görə, faktlar qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilib və müvafiq tədbirlər görülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:24 / 09.07.2026
Mingəçevirdə 198 min litr hazır pivə məhsulu aşkar edilib – DVX bunun qeydiyyatsız istehsal edildiyini deyir
Hazırda oxunan: Mingəçevirdə 198 min litr hazır pivə məhsulu aşkar edilib – DVX bunun qeydiyyatsız istehsal edildiyini deyir
Hazırda oxunan: Mingəçevirdə 198 min litr hazır pivə məhsulu aşkar edilib – DVX bunun qeydiyyatsız istehsal edildiyini deyir
624244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































