DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

Hazırda oxunan: DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

623501

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.
 

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.


Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.

Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO