Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA

Hazırda oxunan: Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA
622830
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tanınmış teleaparıcı, "Bax Da" və "Əsas TV" kanallarının rəhbəri Səidə Bəkirqızı bloger Sevinc Hüseynovanı məhkəməyə verib. Buna səbəb blogerin aparıcının ünvanına təhqiramiz ifadələr səsləndirməsi olub.

Bizim.Media xəbər verir ki, “Big.az” məsələ ilə bağlı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb. Aparıcı yayılan məlumatı təsdiqləyib.

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA - foto 1

Məsələ ilə bağlı aparıcının vəkili Yaqub Nəcəfli də açıqlama verib:


"Bayramova Səidə Bəkir qızının vəkili olaraq bildirirəm ki, müvəkkilimin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıması ilə əlaqədar hüquqi proses qanunla müəyyən olunmuş qaydada başladılaraq tərəfimizdən aidiyyəti məhkəməyə müraciət edilmişdir.

Eyni zamanda mövcud sübutlar, o cümlədən müstəqil mütəxəssis rəyi, artıq müvafiq instansiyaya təqdim olunmuşdur. Hazırda məhkəmə araşdırması davam etdirilir. Prosesin hazırkı mərhələsində əlavə şərh vermək məqsədəmüvafiq hesab edilmir, lakin, nəticə hüquqi yolla məhkəmə tərəfindən müəyyənləşdirildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO