Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Hazırda oxunan: Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

620300

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi - "Sahil" metrostansiyası istiqamətində sərnişin ehtiyaclarının qarşılanması və xidmət səviyyəsinin artırılması üçün 149E nömrəli ekspres marşrutu sınaq rejimində işə salınır.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

İyunun 22-dən etibarən 6 ədəd "Neoplan" markalı avtobus qəsəbəni metronun "Sahil" stansiyası ilə birləşdirəcək.

Marşrutun iş qrafiki sərnişin axınının sıx olduğu saat aralıqlarına uyğun şəkildə təyin olunub.

Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqəlik interval ilə hərəkət edərək sərnişinlərə xidmət göstərəcək.

Marşrut üzrə gedişhaqqı 1,30 manat olaraq müəyyənləşdirilib.

149E nömrəli ekspres marşrutunun dayanacaq məntəqələri aşağıdakı kimi təyin edilib: "Sahil" metrostansiyası, Dövlət Bayrağı Meydanı, "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli Körpələr evi – uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO