Natiq Məmmədli: “Uşaqların şəxsi məlumatlarının yayılması risklidir”

Natiq Məmmədli: “Uşaqların şəxsi məlumatlarının yayılması risklidir”

Hazırda oxunan: Natiq Məmmədli: “Uşaqların şəxsi məlumatlarının yayılması risklidir”

618919

“Yetkinlik yaşına çatmayan şəxslərin iştirak etdiyi hadisələr işıqlandırılarkən onların hüquqları və mənafeləri nəzərə alınmalıdır".

Bizim Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media və insan hüquqları” mövzusunda məlumatlandırma sessiyasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib.

O qeyd edib ki, bəzən uşaqlarla bağlı məlumatlar təqdim edilərkən onların şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar yayımlanır ki, bu da gələcəkdə onlar üçün mənfi nəticələr yarada bilər.

N.Məmmədli diqqətə çatdırıb ki, uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə beynəlxalq təcrübə öyrənilir və bu istiqamətdə müxtəlif təşəbbüslər müzakirə olunur.

Bir sıra ölkələrdə tətbiq edilən yaş məhdudiyyətləri və digər mexanizmlər Azərbaycanda da araşdırılır:

“Azərbaycan dövləti yeni nəslin sağlam, milli-mənəvi və ailə dəyərlərinə uyğun formalaşmasına xüsusi önəm verir. Bu, ölkənin gələcəyi ilə bağlı vacib məsələlərdən biridir”, - deyə o qeyd edib.
 

N.Məmmədli bildirib ki, insan hüquqlarının düzgün işıqlandırılması həm cəmiyyətin məlumatlandırılması, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illər media nümayəndələri ilə bu istiqamətdə aparılan maarifləndirmə işləri müsbət nəticələr verir.


İnsan hüquqları hər zaman Lakin müəyyən çatışmazlıqlar hələ də mövcuddur. Bu hallar daha çox uşaq hüquqları və yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların təqdim olunması zamanı müşahidə edilir.

Şəfiqə Şəfa Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO