“Aqrar sahədə rəqəmsallaşmanın tətbiqi, süni intellekin cəlb edilməsi, bu sahədə inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etmək çox vacib istiqamətdir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin ictimai müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası maliyyə məsələlərinə dayanır:
"Dövlət öz üzərinə düşəni planlaşdırır, 2 milyard manat vəsaitin ayrılması, 3 milyard manatın isə özəl sektorun cəlb olunması ilə əldə olunması dövlət - özəl tərəfdaşlığını yenidən gündəmə gətirir. Prezident İlham Əliyevin müəyyən etdiyi yeni aqrar inkişaf gündəliyi göstərir ki, qarşıdakı dövrdə əsas məqsəd yalnız kənd təsərrüfatında istehsalı artırmaq deyil, innovativ, rəqabət qabiliyyətli, innovativ aqrar modelin formalaşdırılmasıdır".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:33 / 11.06.2026
Deputat: “Aqrar sahəyə süni intellekin cəlb edilməsi çox vacibdir”
Hazırda oxunan: Deputat: “Aqrar sahəyə süni intellekin cəlb edilməsi çox vacibdir”
Hazırda oxunan: Deputat: “Aqrar sahəyə süni intellekin cəlb edilməsi çox vacibdir”
618733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































