Sosial şəbəkələrlə bağlı cərimələr kimlərə və nə vaxtdan ŞAMİL OLUNACAQ?

Sosial şəbəkələrlə bağlı cərimələr kimlərə və nə vaxtdan ŞAMİL OLUNACAQ?

Hazırda oxunan: Sosial şəbəkələrlə bağlı cərimələr kimlərə və nə vaxtdan ŞAMİL OLUNACAQ?

617908

“İnzibati Xətalar Məcəlləsinə 388-4-cü maddənin əlavə edilməsi nəzərdə tutulur. Həmin maddə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə vasitələrinin fəaliyyəti ilə bağlı tələblərin pozulmasına aiddir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında komitə sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanun layihəsinin müzakirəsi zamanı deyib.
 

Komitə sədri bildirib ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan müddəalar əvvəlki iki qanun layihəsində əksini tapan qadağalara əsaslanır.


“Yəni qanun layihələrində hansı hərəkətlərin qadağan olunduğu müəyyən edilir və buna uyğun olaraq İnzibati Xətalar Məcəlləsində müvafiq cərimə sanksiyaları təsbit olunur. Maddənin adından da göründüyü kimi, cərimə sanksiyalarının subyektləri vəzifəli şəxslər və hüquqi şəxslərdir".

Deputat qeyd edib ki, bu cərimə sanksiyaları törədilə biləcək inzibati xətalara görə tətbiq olunacaq:

"Xüsusilə vurğulamaq istəyirəm ki, qanun layihələri qəbul edildiyi gündən bir il sonra qüvvəyə minəcək. Bu müddət ərzində həm hörmətli media nümayəndələrinin, həm də müvafiq icra hakimiyyəti orqanlarının qanun layihələrinin tətbiqi ilə bağlı zəruri tədbirləri həyata keçirməsi üçün kifayət qədər vaxt olacaq".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO