Lənkəranda faciəvi qəza: Tanınmış avtomobil ustası həyatını itirdi - FOTO

Lənkəranda faciəvi qəza: Tanınmış avtomobil ustası həyatını itirdi - FOTO

Hazırda oxunan: Lənkəranda faciəvi qəza: Tanınmış avtomobil ustası həyatını itirdi - FOTO
617656
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralının Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
 

İlkin məlumata görə, Lənkəran rayonunun Zövlə kənd sakini, 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb və ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Məlumata görə, sürücünün qəzadan əvvəl ürəktutması keçirdiyi ehtimal olunur və yol-nəqliyyat hadisəsinin bu səbəbdən baş verdiyi bildirilir. Ölümün dəqiq səbəbi isə tibbi ekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Elşad Salayev Lənkəran rayonunda tanınmış avtomobil ustalarından biri olub.

Faktla bağlı araşdırma aparılır.
 

Lənkəranda faciəvi qəza: Tanınmış avtomobil ustası həyatını itirdi - FOTO - foto 1
Lənkəranda faciəvi qəza: Tanınmış avtomobil ustası həyatını itirdi - FOTO - foto 2
Lənkəranda faciəvi qəza: Tanınmış avtomobil ustası həyatını itirdi - FOTO - foto 3

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO