Qanunsuz quş kəsimi sexində reyd aparıldı – FOTO/VİDEO

Qanunsuz quş kəsimi sexində reyd aparıldı – FOTO/VİDEO

Hazırda oxunan: Qanunsuz quş kəsimi sexində reyd aparıldı – FOTO/VİDEO

617240

“AQTA hara baxır?” layihəsinin növbəti buraxılışında quş əti istehsalı müəssisəsində qida təhlükəsizliyi tələblərinə əməl olunması, sanitar-gigiyenik vəziyyət, istehsal prosesinin düzgün təşkili və müşayiətedici sənədlərin mövcudluğu diqqət mərkəzində saxlanılıb.

Bizim.Media xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb.
 

Yoxlama zamanı müəssisədə müşayiətedici sənədləri olmayan və baytarlıq ekspertizasından keçirilməyən ümumilikdə 612 baş ev quşu aşkar edilib. Həmçinin kəsim prosesinin sanitar-gigiyenik qaydalara və texniki normativ-hüquqi aktların tələblərinə uyğun aparılmadığı müəyyən olunub.


Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülərək quş kəsimi və məhsulların dövriyyəsi qadağan edilib. Məhsullar xüsusi saxlanca yerləşdirilib.

Sahibkar barəsində inzibati icraata başlanılıb, müəssisənin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir.

Daha ətraflı:











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO