Subay şəxslərdən əlavə vergi tutulacaq? – Deputatlardan AÇIQLAMA

Subay şəxslərdən əlavə vergi tutulacaq? – Deputatlardan AÇIQLAMA

Hazırda oxunan: Subay şəxslərdən əlavə vergi tutulacaq? – Deputatlardan AÇIQLAMA

616985

Son illər boşanmaların sayı durmadan artır. Eyni zamanda gənclər arasında evlənməyə maraq getdikcə azalır. Bu da cəmiyyətdə haqlı narahatlıq doğurur.

Nəzərə alaq ki, bir zamanlar subay işçilərdən əlavə vergi tutulurdu. Bununla da hər kəs ailə qurmağa təşviq edilirdi.

İndiki vəziyyətdə evliliyi təşviq etmək üçün “subaylıq vergisi”nin tətbiq edilməsi  nə qədər effektiv ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov deyib ki, vergilərin müəyyənləşməsi fiziki və hüquqi şəxslərin gəlirliliyi nəzərə alınmaqla həyata keçirilir:

“Əksər dünya ölkələrində hüquqi və fiziki şəxslərin gəlirləri müvafiq qaydada vergiyə cəlb olunur. Bu baxımdan Azərbaycanda da mövcud vergi sistemi birbaşa sahibkarlıq fəaliyyəti və ya muzdlu işçidirsə əmək fəaliyyətindən əldə edilən gəlirin vergiyə cəlb olunması formasında həyata keçirilir.

Ona görə də hesab edirəm ki, hazırkı vergi sistemi vergi fəlsəfəsinə uyğundur. Bu mənada vergi ödənişinin vətəndaşın statusuna görə qruplaşdırılmasının tərəfdarı deyiləm. Düşünürəm ki, indiki halda Azərbaycanda belə bir verginin tutulmasına ehtiyac yoxdur”.

Millət vəkili Ceyhun Məmmədovsa məsləyə belə münasibət bildirib:

“Mən bunu vəziyyətdən çıxış yolu kimi görmürəm. Çünki bu şüur, mədəniyyət və əxlaq məsələsidir. Vergi tətbiq eləməklə subayların azalacağını düşünmək hesab edirəm ki, düzgün olmazdı. Burada tərbiyənin, təşviqedici proseslərin rolu var. Məhz bu addımları atmaqla biz ailəni daha çox təşviq etmiş olarıq.

Hər bir kəs ailə qurmağa şüurlu şəkildə, sevərək getməlidir. Yəni vergi tətbiq etməklə bu məsələdə uğur qazanılacağını düşünmək zənnimcə yanlışdır. Biz hər cür cəza tədbirlərindən imtina edərək maarifləndirmə yolu ilə nələrəsə nail ola bilərik. Əks təqdirdə vəziyyət daha da çətinləşə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO