“Azərlotereya” 2025-ci ildə 100.7 milyon vergi ödəyib - FOTO

“Azərlotereya” 2025-ci ildə 100.7 milyon vergi ödəyib - FOTO

Hazırda oxunan: “Azərlotereya” 2025-ci ildə 100.7 milyon vergi ödəyib - FOTO
616901
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib.

Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 83.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2024-cü ildə bu göstərici 70.3 milyon manat olub.

2025-ci ildə “Azərlotereya”nın satışdan gəlirləri 373,70 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bununla yanaşı, şirkətin xalis mənfəəti 73,9 milyon manat təşkil edib.

2025-ci il ərzində şirkət 4,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 44,6 milyon manatdan 49,4 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya”nın 2025-ci ilin sonu cəmi aktivləri 130,4 milyon manat təşkil edib. Şirkətin 2024-cü ilin sonunda cəmi aktivləri 115,1 milyon manat olub.

“Azərlotereya”nın cəmi kapitalı 31 faiz artaraq 50,7 milyon manata çatıb. Hesabatla daha ətraflı “Azərlotereya”nın saytından tanış ola bilərsiniz.

“Azərlotereya” 2025-ci ildə 100.7 milyon vergi ödəyib - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO